Xankəndidə savaş başladı: Paşinyan Arutyunyanı onlara məhv etdirir – VİDEO

Xankəndidə savaş başladı: Paşinyan Arutyunyanı onlara məhv etdirir - VİDEO

***12:05

Xankəndidəki qanunsuz rejimdə klanlar arasında savaş pik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, sorosçu qanad xüsusilə qondarma rejimdə gözlənilən “konstitusiya dəyişiklikləri” fonunda aktivləşib. Dəyişikliklərdən sonra “prezident” bir daha seçilməyəcəyi üçün onların keçmiş “xarici işlər naziri” Masis Mailyanı lider etməyə çalışdıqları vurğulanıb:

“Mənbəmiz deyir ki, sorosçular Samvel Babayanla aktiv danışıqlar aparırlar. Mailyanın “prezident” seçilməsindən sonra Babayan “dövlət naziri” təyin ediləcək. Üstəlik, hazırkı “dövlət naziri” Qurgen Nersisyan isə “baş prokuror” vəzifəsinə qayıdacaq. Məhz buna görə indiyə qədər Qarabağda “baş prokuror” vəzifəsi vakant qalır”.

Qəzet həmçinin yazır ki, Araik Arutyunyan öz yaxınlarına ona Ermənistandan böyük təzyiqlərin göstərildiyini etiraf edib. Buna görə də onun sorosçulara müqavimət göstərmədiyi bildirilib. Arutyunyan həmçinin adı çəkilən qrupun qondaram rejimi daxildən parçalamaq niyyətində olduqlarını bildiklərini də deyib.

İlkin Həsənov
Globalinfo.az