***
09:03
“Qarabağdakı separatçılar Samvel Babayanın “dövlət naziri” təyin olunacağından, hazırkı “dövlət naziri” Qurgen Nersisyanın isə “baş prokuror” vəzifəsinə qayıdacağından qorxurlar”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.
Media sülhməramlıların nəzarətindəki ərazilərin Azərbaycanın yurisdiksiyasına keçməsi haqda “qurulmuş ssenarini” açıqlayıb.
“Dünən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa razılıq verən Nikol Paşinyan Babayanın təyinatı ilə sonuncu aktı həyata keçirməyə çalışacaq.
Onlar artıq müxtəlif ssenariləri müzakirə edirlər. Birincisi, guya “dövlət naziri” Samvel Babayanın tələbi ilə” azərbaycanlılar keçid məntəqəsini açacaqlar, bu da onun reputasiyasını artıracaq. Lakin nəticədə xeyli insan Qarabağı tərk edəcək. Sonra Babayan Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək, çünki “onların təhlükəsizliyini təmin etmirlər”. Növbəti mərhələdə Qarabağdakı mədənlərin istismarında Azərbaycan şirkətləri yer alacaq və pulun “artsax”ın “büdcəsinə” daxil olacağını iddia edəcəklər. Yekunda isə Qarabağ Azərbaycana birləşdiriləcək”, – erməni mediası yazıb.
Xankəndidəki hansısa “məlumatlı mənbə” iddia edib ki, baş separatçı-terrorçu Araik Arutyunyanın qondarma lider “kürsüsündə” olduğu dövrdə Samvel Babayanın “dövlət naziri” təyin olunması istisnadır.
Tamerlan Yayaqan
Globalinfo.az















