Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır

“Bu gün dəmiryol xəritəsində yeni istiqamət – GəncəMingəçevirAğstafa marşrutu üzrə ilk rəmzi səfərimiz baş tutdu. Bu münasibətlə hər birinizi, Mingəçevir sakinlərini təbrik edirəm. Bu marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir. Çünki ilk dəfə Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ADY sədrinin müavini Arif Ağayevin GəncəMingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O əlavə edib ki, məlum olduğu kimi, mövcud rayonlararası marşrutların – BakıQazaxBakı, BakıQəbələBakıBakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxt Bakıdır:

“Bu gün mövcud ənənəni pozaraq bir yeniliyə imza atmışıq. Daha bir ilk kimi uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd etmək istərdim. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər”.

Arif Ağayev deyib ki, bu marşrut istifadəyə verilməzdən öncə təhlükəsiz və fasiləsiz səfərlərin təmin edilməsi məqsədilə dəmir yollarının Mingəçevir sahəsində yenidənqurma işləri həyata keçirilib:

Mingəçevir şəhər stansiyasının binası əsaslı təmir edilib. Bu yeni istiqamətlə dəmir yollarının səyahət coğrafiyası genişlənir, dolayısilə qatarla daşınan sərnişinlərin sayı artır. İlkin hesablamalara görə, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq, o cümlədən bu istiqamətlər üzrə səfər edən, MingəçevirGəncə, Tovuz, Ağstafa, Goran, Dəllər və Qovlarda yaşayan insanlar üçün mobillik imkanları genişləndiriləcək. Əminliklə deyə bilərik ki, bu marşrut daha çox Mingəçevir əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə və Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına və tanıdılmasına şərait yaradacaq”.

A.Ağayev qeyd edib ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək olan hədəfə çatmaq məqsədilə səylə çalışırlar:

“Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə BakıQəbələBakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib.

2025-ci ilin əvvəlində Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı-Ağstafa-Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı-Ağdam-Bakı xətti açılıb. Qeyd edim ki, Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək.

Qarabağda növbəti layihə Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlıdır. Bu il iyulun 3-də cənab Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Xəttin layihələndirilməsi tamamlanıb. Həmçinin Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb.

2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.

Dəmiryol sahəsində nəhəng layihələr həyata keçirilir və qarşıdakı illərdə biz sizinlə birgə bu layihələrin nəticəsini və faydalarını görəcəyik”.