Qarabağdakı separatçıların durumu “Laçın” sərhəd buraxılış məntəqəsində baş verən təxribatdan sonra daha da ağırlaşıb.
Globalinfo.az xəbər verir ki, “Hraparak” qəzeti separatçıların acınacaqlı vəziyyətindən yazıb.
Qeyd olunur ki, hazırda separatçılarda maksimum iki ay kifayət edəcək qədər ilkin tələbat məhsulları qalıb. Bu rəqəmin maksimum 6 aya qədər uzaldıla biləcəyi vurğulanır. Bizneslə məşğul olan separatçıların hərisliyi də sözügedən vəziyyətdə rol oynayıb. Belə ki, onlar əsas tələbat məhsulları əvəzinə, daha çox pul qazana biləcəklərini düşündükləri şirələr və spirtli içkilər gətiriblər. Hazırda separatçıların ən çox narahat olduqları məqamlardan biri də dizel yanacağı ilə bağlıdır. Artıq buna görə bir çox nəqliyyat vasitəsinin hərəkəti dayandırdığı, yolların boş qaldığı bildirilir.
Tamerlan Yayaqan
Globalinfo.az














