Xamenei xalqa müraciət etdi

Xamenei xalqa müraciət etdi

İranın ali rəhbəri Ayətullah Əli Xamenei İsrailin hava zərbələri nəticəsində SEPAH komandirləri və nüvə proqramı ilə əlaqəsi olan rəsmi şəxslərin ölümünün 40-cı günü münasibətilə xalqa müraciət edib.

Globalinfo.az xəbər verir ki, o, müraciətində ölkəni milli təhlükəsizlik, elmi inkişaf və ictimai birliyə daha çox səfərbər olmağa çağırıb.

Xamenei bildirib ki, hazırkı dönəmdə milli birliyi qorumaq ümumbəşəri vəzifədir və bu istiqamətdə həm hərbi, həm də elmi sahələrdə ciddi tədbirlər görülməlidir.

“Hərbi komandanlıq ölkəni milli təhlükəsizlik və müstəqilliyi təmin etmək üçün daha güclü vasitələrlə təchiz etməlidir”, – deyə o vurğulayıb.

Ali rəhbər eyni zamanda elmi elitanı bütün sahələrdə elm və texnologiyanın inkişafında sürətlə irəliləməyə çağırıb. Onun sözlərinə görə, bu, ölkənin gələcəyi və strateji mövqeyinin möhkəmləndirilməsi üçün vacibdir.

Xameneyi ruhanilərə də müraciət edərək onları xalq arasında mənəvi sabitliyi qorumağa, insanlara səbir və dözüm ruhu aşılamağa səsləyib.

Tahir Turan
Globalinfo.az