Xamenei İsrail təhlükəsi barədə Nəsrullahı xəbərdar edib?

Xamenei İsrail təhlükəsi barədə Nəsrullahı xəbərdar edib?

“İranın Ali dini lideri Ayətullah Əli Xamenei Hizbullah lideri Seyid Həsən Nəsrullaha İsraildən gələn təhlükə barədə xəbərdarlıq edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” üç İran mənbəsinə istinadən məlumat yayıb.

“Xamenei İsrailin hücumu nəticəsində öldürülməzdən bir neçə gün əvvəl Hizbullahın baş katibi Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib. Onlar Xameneinin İsrail agentlərinin Tehranın yüksək hökumət dairələrinə sızma ehtimalı ilə bağlı narahatlığına işarə ediblər”, – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az