“Bu gün doğum günümdür, amma hazırda halım yaxşı deyil. Fikirləşirəm ki, axşam yubiley tədbirimə necə gedəcəm?!”
Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Arif Babayev 85 yaşının tamam olması haqda danışarkən deyib.
O, sağlamlığında problem yarandığını bildirib:
“Artıq indidən düşünməyə başlamışam ki, belə vəziyyətdə tədbirdə necə iştirak edəcəm?! Xahiş edəcəm ki, məni “arxa cəbhəyə” salsınlar. Çünki soyuqlamışam və səsimdə problem yaranıb. Danışa bilsəm, bir-iki kəlmə söz deyib, çəkiləcəm kənara”.
Xalq artisti 85 il ərzində aldığı ən maraqlı və unudulmaz hədiyyə haqda bunları deyib:
“Mənim üçün unudulmaz hədiyyə Qarabağımdır! Hər zaman doğma yurdumun həsrətini çəkmişəm. Torpaqlarımız azad olunduqdan sonra ilk dəfə Ağdama mən getdim. Həyətimizə baxdım, orada işlər görmüşdüm… Ermənilər hamısını məhv ediblər, şumlayıblar.
Allah şəhidlərimizə rəhmət, Prezidentimizin, Birinci xanımın, qazilərimizin canını sağlam eləsin. Onların sayəsində Qarabağı görmək bizə nəsib oldu”.
Zaira Akifqızı
Globalinfo.az














