Xaçatryan sərhəddə: “İlk dəfə öz gözlərimlə gördüm ki, Azərbaycan hərbçiləri…”

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Tavuşda Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratını bölüşüb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, o, Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib.

“İlk dəfə gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhədimiz, yəni tikanlı məftillər var. Durbinlə görünür ki, Azərbaycan sərhədçiləri dayanıb, maşınlar gedir, yol açıqdır, mən 3 kənddən keçdim”, – Xaçatryan bildirib.

O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yeni dolama yol çəkilir:

“Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur – onlar hakimiyyətin yanlarında olduğunu hiss edirlər”.