Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayonunda “Wildberries” anbarında yanğın davam edir.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, çaxnaşma, həyəcan siqnalı və çıxışda böyük izdihamın yaranmasına baxmayaraq, malların oğurlanmaması üçün mühafizəçi bütün işçiləri yoxlamadan keçirmədən çölə buraxmayıb. Vəziyyət pisləşəndə və alov daha bir neçə mərtəbəni bürüyəndə işçilər mühafizəçiyə məhəl qoymadan çıxışa getməyə başlayıblar.













