Paşinyan ərazilərlə bağlı yalan danışır – Erməni tarixçi

Paşinyan ərazilərlə bağlı yalan danışır - Erməni tarixçi

“Nikol Paşinyan yalan danışır, Tavuşa bitişik 4 kənd Azərbaycanın nəzarətində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni tarixçi Nver Beqlaryan deyib.

O, baş nazirin Qızılhacılı, Xeyrimli, Bağanis-Ayrım və Aşağı Əskipara kəndlərinin Azərbaycanın nəzarətində olmasına dair açıqlamasını yalan adlandırıb:

“Paşinyan açıq şəkildə yalan danışır. O kəndlər, xüsusilə də Qızılhacılı Azərbaycanın nəzarətində deyil. Həmin ərazi hazırda iki ölkə arasında neytral zonadır. Qızılhacılı və Aşağı Əskipara Azərbaycana təhvil verilən kimi bizim öz ərazilərimiz avtomatik neytral zonaya çevriləcək. Azərbaycan Aşağı Əskiparaya nəzarəti bərpa etdikdən sonra Yuxarı Əskiparanı da rahatlıqla götürə biləcək. Beləlikə kiçik ərazisi olan Voskepar mühasirəyə düşəcək”.

Ayşən Mustafa
Globalinfo.az