Şəhidin qardaşına vəzifə verildi

Şəhidin qardaşına vəzifə verildi

Polis kapitanı Adil Səmədov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəis təyin edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər bir əmri ilə polis kapitanı İlqar Nəcəfov Füzuli RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, İ.Nəcəfov şəhid Vüqar Nəcəfovun qardaşıdır.