Vardanyana yeni “vəzifə” verildi – Erməni milyarder aktivləşdi

Vardanyana yeni "vəzifə" verildi - Erməni milyarder aktivləşdi

Xankəndidə rus sülhməramlılarının arxasında gizlənmiş erməni milyarder Ruben Vardanyan “təhlükəsizlik və inkişaf cəbhəsi” ictimai hərəkatının icraiyyə komitəsinin koordinatoru seçilib.

Globalinfo.az xəbər verir ki, onun adamlarından daha bir neçəsi üzvlər sırasına daxil edilib.

Vardanyan Xankəndidəki “vəzifələrindən” kənarlaşdırılsa da, separatçılara maliyyə yardımını davam etdirir. Həmçinin Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesinə mane olmaq üçün təbliğat aparır.

Ayşən Mustafa
Globalinfo.az