usakov 121

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təklifləri qüvvədə qalır, amma Kurskda əməliyyatlar davam etdikcə danışıqlar mümkünsüzdür”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Bakıda deyib.

“Bu avantüra fonunda danışıqları davam etdirməyəcəyik”, – o bildirb.

O, danışıqların iki ölkə arasındakı situasiya və döyüş meydanındakı vəziyyətdən asılı olduğunu deyib.

Qeyd edək ki, Putinin təkliflərinə əsasən Kiyevlə danışıqlar üçün Ukrayna neytral ölkə olmalı, Qərb sanksiyaları Rusiya üzərindən götürülməli və döyüş meydanındakı ərazi itkilərini qəbul etməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: