Leyen Slovakiya Baş nazirini niyə danlayıb?

Leyen Slovakiya Baş nazirini niyə danlayıb?

Slovakiyanın Baş naziri Robert Fitso zarafatla bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen onu ABŞ-a son səfəri zamanı amerikalı rüsumlarla bağlı məsələni həll etmədiyinə görə sərt danlayıb.

Globalinfo.az xəbər verir ki, bu açıqlamanın yer aldığı videonu Slovakiyanın “Pravda” xəbər portalı yayımlayıb.

“Bu gün mən Avropa Komissiyasının sədri xanım Ursula Fon der Layenlə telefon danışığı apardım. İki mövzunu müzakirə etdik. Birinci mövzu ABŞ-dan Avropaya yönələn tariflər və rüsumlar idi. Ursula məni çox sərt dərəcədə danladı, çox sərt! “Robert, sən nə etdin? İlahi, nə üçün Trampla belə razılaşdın? Sən normal adamsan?” – deyə məni yarım saat danladı. Dedi ki, mən tamamilə axmağam. Orada nə işim vardı, niyə İlon Maskla görüşdüm və niyə bütün dünya üçün bu məsələ ilə bağlı razılıq əldə etmədim?” – Fitso bildirib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqının ABŞ rüsumlarına qarşı vahid mövqeyinin formalaşdırılması da telefon danışığının əsas mövzularından biri olub. O, bu rüsumların Slovakiyaya ciddi zərbə vuracağını qeyd edib, çünki ölkədə bir çox aparıcı avtomobil istehsalçılarının zavodları yerləşir.

Fitso əlavə edib ki, ABŞ-ın dünyaya mənfi təsir göstərəcəyi bu rüsumlarını nə Fransa, nə də Çin kimi güclü dövlətlərin liderləri dayandıra bilirlər.

Aysel Əliyeva
Globalinfo.az