Urmiya gölündə suyun səviyyəsi azalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin son hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, Urmiya gölündə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 santimetr aşağı düşüb.
Gölün sahəsinin də ötən ilin eyni dövrünə nisbətən 1300 kvadrat kilometr kiçildiyi bildirib.














