Universitetlərdən yağışlı havaya görə QƏRAR

Universitetlərdən yağışlı havaya görə QƏRAR

Son günlərdə ölkəmizidə havanın yağmurlu keçməsi səbəbindən yollarda yaranan problemlər tələbələrin də dərsə gecikməsinə səbəb olur. 

Bəs universitetlərdə bu kimi hallarda tələbələrə güzəşt edilirmi?

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab verən Bakı Dövlət Universiteti, Azərbaycan Mematlıq və İnşaat Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universitetindən bildirilib ki, universitetlər tərəfindən bu cür fors-major hallarda tələbələrə qarşı humanist yanaşma özünü göstərir.

“Belə ki, dərsə gecikmə halları nəzərə alınır. Bu həmçinin müəllimlərin ixtiyarında da olan bir məsələdir və istisnalar ola bilər”, – məlumatda qeyd olunur.