Ümummilli lider Sankt-Peterburqda anıldı – FOTOLAR

Ümummilli lider Sankt-Peterburqda anıldı - FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbir Sankt-Peterburqda fəaliyyət göstərən Gənclər Mərkəzində təşkil olunub.

Qeyd edək ki, tədbir Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin sədri Nicat Bayramlı, Eldar Əlizadə, eləcə də Azərbaycan Gənclərinin “Simurq” Assosiasiyasının rəhbəri Fuad Məmmədov və Səməd Əliyevin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan, Rusiya ictimaiyyəti və digər milli-mədəni birliklərin nümayəndələri, Azərbaycan Respublikasının Baş Konsulluğunun attaşesi Emin İbrahimov, Tacikistan Gəncləri Təşkilatının sədri Pərviz Məmmədov və bir sıra soydaşlarımız iştirak edib.

Gecədə Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın qurulmasında verdiyi töhfə və o istiqamətdə gördüyü işlər haqda müəyyən hesabatlar təqdim olunub.

Ümummilli lider Sankt-Peterburqda anıldı - FOTOLAR Ümummilli lider Sankt-Peterburqda anıldı - FOTOLAR Ümummilli lider Sankt-Peterburqda anıldı - FOTOLAR Ümummilli lider Sankt-Peterburqda anıldı - FOTOLAR Ümummilli lider Sankt-Peterburqda anıldı - FOTOLAR

Zaira Akifqızı
Globalinfo.az