WhatsApp Image 2024 08 20 at 13.02.46

“Rusiya Müdafiə Nazirliyi ölkə ərazisinə uzaqdan endiriləcək zərbə variantlarını tədqiq edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, belə zərbələr Rusiya ərazisinə yalnız NATO hərbçilərinin köməyi ilə endirilə bilər:

“Biz buna müvafiq formada cavab verəcəyik. Necə və nə zaman reaksiya veriləcəyini demək hələ tezdir. Əlbəttə, hərbçilərimiz bu barədə düşünürlər və fərqli cavab variantları təklif edəcəyik. Ümid edirəm ki, Qərbdə Rusiyanın daxilinə zərbələrə icazənin nəticələrinə dair göndərdiyim siqnalları eşidiblər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: