
Rusiya-Ukrayna müharibəsində həlledici amil hesab edilən və aylardır uğrunda döyüşlərin getdiyi Baxmut şəhərinin son görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, yayılan görüntülərdə Baxmutun yerlə-yeksan edildiyi, şəhərin xarabalığa çevrildiyi görülür.
Son olaraq Ukrayna qoşunlarının şəhər istiqamətində əks-hücum əməliyyatlarına başladığı və bir qisminin rusların işğalından azad edildiyi açıqlanmışdı. 10 aydan çox ağır döyüşlərin getdiyi şəhərin vəziyyəti müharibənin ilk zamanlarında xarabalığa çevrilmiş Ukraynanın digər böyük şəhərlərindən olan Mariupola bənzədilir.
Sosial şəbəkələrin Azərbaycan seqmentində şəhərin son halı işğaldan sonra Ağdamın vəziyyətinə bənzədilib. Baxmutu 1945-ci ildə ABŞ tərəfindən atom bombası ilə dağıdılan Yaponiyanın Xirosima şəhəri ilə də müqayisə edənlər var. Hər üç şəhər – Baxmut, Ağdam və Xirosima müharibənin ortaya çıxardığı dəhşətli faktdır və insanlıq faciəsidir.
Görüntüləri təqdim edirik:
Globalinfo.az














