İsveç Dünya Bankı vasitəsilə Ukraynanın bərpasına 10 milyon avro yönləndirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İsveçin xarici ticarət və əməkdaşlıq naziri Benyamin Dusa məlumat yayıb.
Ayrılan məbləğ Ukraynada infrastrukturun qurulmasına sərf ediləcək. Ölkənin iqtisadiyyatı üçün önəmli hesab edilən dəmiryolun bərpası prioritetlərdən biri hesab edilir, çünki məhz dəmiryol vasitəsilə məhsulların və sursatların tədarükü və Ukrayna taxılının ixracı həyata keçirilir.
“İsveçin Ukraynaya dəstəyi artır və lazım olduğu müddətcə də davam edəcək”, – Dusa bildirib.
Qeyd edək ki, İsveç üç il ərzində Ukraynaya 7,3 milyard dollar həcmində yardım edib. Dünya Bankının hesablamalarına görə, Ukraynanın bərpasına 524 milyard dollardan çox vəsait tələb olunacaq.
Aysel Əliyeva
Globalinfo.az














