2 min ukraynalı uşağın olduğu düşərgədən ağlasığmaz VİDEO

“Oğurlanaraq Rusiya və Belarusda müxtəlif düşərgələrə yerləşdirilən 2000-dən çox ukraynalı uşaq üçün ölkəsi əleyhinə təbliğat aşılanır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko deyib.

O, sosial şəbəkələrdə yayılan və Belarusda bir düşərgədə çəkildiyi deyilən görüntülərdə ukraynalı uşaqların hədəfə alındığını bildirib:

“Bu videodakı ukraynalı uşaqlardır. Yaşı 6-dan yuxarı olan 2000-dən çox uşaq Belarusda müxtəlif düşərgələrdə yerləşdirilib. Onlara Ukrayna əleyhinə fikirlər aşılanır. Araşdırmalar nəticəsində öyrənmişik ki, oğurlanan uşaqlar Rusiya və Belrusda yenidən və məcburi şəkildə təhsilə cəlb edilirlər. Onlar buna qarşı çıxdıqda döyülür, müxtəlif şəkildə şiddətə məruz qalırlar. Hətta bəzi hallarda onlara silahdan istifadə də öyrədilir”.

Qeyd edək ki, görüntülərdə “Zelenski və Bayden ölsün, Putin Ukraynaya nəzarəti ələ keçirsin” kimi fikirlər səsləndirilir.

Ayşən Mustafa
Globalinfo.az