“Ukrayna Milli Bankı dolları məzənnə valyutası kimi avro ilə əvəz etmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Milli Bankı rəhbərinin müavini Katerina Rojkova deyib.
O bildirib ki, Ukrayna Avropa İttifaqının (Aİ) bazarlarına yaxınlaşmaq üçün dollardan imtina edərək avroya keçmək niyyətindədir.
“Əgər biz Aİ-nin bir hissəsi olmaq, onların bazarlarına çıxış əldə etmək istəyiriksə, əməliyyatlarımızın çoxunu avro ilə aparmalıyıq”.
Rojkova bunu “qaçılmaz” addım adlandırıb, lakin avroya keçidin konkret vaxtını açıqlamayıb. O əlavə edib ki, indi qrivnanın məzənnəsini dollardan ayırmaq üçün uyğun vaxt deyil.
Müşviq Tofiqoğlu
Globalinfo.az














