Ukraynadan genişmiqyaslı hücum: Bu şəhər vuruldu, ölən var

Ukraynadan genişmiqyaslı hücum: Bu şəhər vuruldu, ölən var

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə endirdiyi zərbələr nəticəsində bir vətəndaş həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Onun sözlərinə görə, yük maşınına endirilən zərbə güclü partlayışa səbəb olub və sürücü aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qladkov qeyd edib ki, hadisə yerində əlavə təhlükəsizlik tədbirləri görülür və yerli sakinlərə mümkün hücumlar barədə xəbərdarlıq edilib. O, həmçinin ölən şəxsin ailəsinə bütün lazımi dəstəyin göstəriləcəyini bildirib.

Tahir Turan
Globalinfo.az