Rusiya tələyə düşdü: Böyük Krım savaşı başlayır? – Generaldan ilginc şərh

Rusiya tələyə düşdü: Böyük Krım savaşı başlayır? - Generaldan ilginc şərh

Rusiya Krımı siyasi qərar nəticəsində tərk edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli deyib. O, Krımın hərbi yolla azad edilməsinin inandırıcı olmadığını bildirib:

“Ukrayna ərazilərinin 20%-i Rusiya işğalı altındadır. Ukraynanın yaxın zamanlarda hərbi qələbəsi və bunun nəticəsində rusların bütün ölkədən, o cümlədən Krımdan qovulması ehtimalı azdır. Lakin Rusiya hərbçiləri, həqiqətən, pis vəziyyətdədirlər”.

Xüsusilə Xerson istiqamətində uğurlu əməliyyatlardan sonra Krımla bağlı iddialar da artmağa başlayıb. Belə ki, yarımada haqda daha bir açıqlama ABŞ-ın Avropadakı qoşunlarının eks-komandanı Ben Xocesdən gəlib. Ehtiyatda olan generala görə, Krım artıq Rusiya üçün tələyə çevrilir. O, Kerç boğazındakı körpünün zədələnməsindən sonra Rusiyanın Ukraynanın cənubundakı qoşunlarını dəstəkləmək imkanının bir neçə dəfə azaldığını bildirib.

Qeyd edək ki, G-20 sammiti ərəfəsində Rusiya-Ukrayna danışıqlarına dair gözləntilər olsa da, son proseslər fonunda ümidlər bir qədər də azaldı. Maraqlı məqam budur ki, əgər əvvəllər Kiyev şərq vilayətlərinin azad edilməsini prioritet istiqamət kimi seçirdisə, indi Krım da bu siyahıya daxil olub. Üstəlik, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara yalnız 1991-ci il sərhədlərini, yəni ölkənin ərazi bütövlüyünü təmin etmək şərti ilə gedəcəyini açıqlayıb.

İlkin
Globalinfo.az