Ukraynada hərbi xidmətin bərpası ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, Ali Radanın deputatı İrina Frizin verdiyi məlumata görə, Parlamentin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi Ali Radaya Ukraynada həqiqi hərbi xidmətə çağırışın bərpasını nəzərdə tutan qanun layihəsini əsas kimi qəbul etməyi təklif edib.
Bu, 2024-cü ilin sentyabrın 1-dən etibarən “əsas birləşmiş silah hazırlığının ləğvi” və eyni zamanda prezident Zelenskinin bir il əvvəl ləğv etdiyi məcburi hərbi xidmətin yenidən tətbiqini nəzərdə tutur.
Friz bildirib ki, qanun layihəsinin birinci oxunuşda dəstəklənməsinə ehtiyatla yanaşacaq, lakin sənəd parlamentdən keçərsə, Ali Rada aparatının Baş Elmi və Ekspert İdarəsinin 25 səhifəlik rəyi əsasında sənəddəki çatışmazlıqların aradan qaldırılması üçün dəyişikliklər ediləcək.
Xatırladaq ki, fevral ayında Ukrayna Nazirlər Kabineti prezident Zelenskinin məcburi hərbi xidmətin ləğvi ilə bağlı fərman layihəsini təsdiqləmişdi. Yeni qanun layihəsi isə bu qərarın əksinə olaraq, çağırış sisteminin geri qaytarılmasını təklif edir.
Tahir Turan














