Ukrayna “Türk axını”na hücum edib – Rusiya MN

Ukrayna "Türk axını"na hücum edib - Rusiya MN

Volodimir Zelenskinin ABŞ-a səfəri fonunda Ukrayna Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum etməyə cəhd edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün dronlar vurulub, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.

Rusiya MN-nin məlumatında qeyd olunub ki, Kiyevin PUA hücumunun məqsədi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq olub.

Həmçinin Ukraynanın bundan əvvəl iki dəfə Rusiya infrastrukturuna hücum etməyə cəhd etməsi vurğuıamıb: yanvarın 11-də “Russkaya” stansiyasına və fevralın 17-də Kropotkinskdəki Xəzər Boru kəməri Konsorsiumunun obyektinə PUA hücumu edilib.