“Şöhrət təpəsi” memorialından çıxarılan sovet əsgərlərinin qalıqları Rusiya tərəfindən saxlanılan Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsir hərbçiləri ilə dəyişdirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Lvov şəhərinin meri Andrey Sadovyi teleqram kanalında məlumat paylaşıb.
Sadovyinin sözlərinə görə, artıq memorial ərazisində aparılan eksqumasiya işləri başa çatıb:
“355 qalıq aşkar edilib. Onlar yaxın günlərdə Qoloskovski qəbiristanlığında yenidən dəfn olunacaqlar”.
Xatırladaq ki, aprelin 22-də Lvov Şəhər Şurası sovet dövrünə aid “Şöhrət təpəsi” memorialının, o cümlədən sovet kəşfiyyatçısı Nikolay Kuznetsovun dəfn yerinin sökülməsi işlərinə başlanıldığını elan etmişdi.
Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov da açıqlama vermişdi. O, Lvovda sovet əsgərlərinin və xüsusilə Kuznetsovun qalıqlarının çıxarılmasını tənqid edərək bildirmişdi ki, bu addım Kiyevin “nasist rejimini tərənnüm etdiyini” göstərir və Qərb bu prosesə səssiz qalır.
Tahir Turan
Globalinfo.az














