
Hücumdan sonra batmış 17 nəfər sudan xilas edilib.
Globalinfo.az xəbər verir ki, barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib.
O, bildiribki, iki ekipaj üzvünün taleyi isə hələ ki məlum deyil.
Daha öncə 15 nəfərin itkin düşüyü xəbəri yayılmışdı.
***
Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qavkaz” limanını “Neptun” raketi ilə vurub.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna raketinin yanacaq çənləri olan “Korno Treyder” dəmiryol bərəsinə düşdüyü bildirilib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.
Krasnodar vilayətinin operativ qərargahı yaydığı məlumatda bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb.
Məlumata görə, bərədə 15 nəfər olub. Krasnodar vilayətinin qubernatoru “Qavkaz” limanında batmış bərənin dənizə çıxmış dörd ekipaj üzvünün xilas edildiyini bildirib.
O, komandanın geri qalan üzvlərinin də tapılması üçün işlər görüldüyünü açıqlayıb.
Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.
İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.














