Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib.
Eyni zamanda Ukrayna ordusunun Belqoroda endirdiyi zərbənin nəticələrini əks etdirən görüntülər yayılıb. Kadrlarda “CityMall” ticarət mərkəzinin ərazisində, eləcə də yaxınlıqdakı tikililərdə yanğın baş verdiyi əks olunub.
Hücum nəticəsində iki nəfər həlak olub, 14 mülki şəxs isə yaralanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














