Ukrayna ordusu Rusiya vilayətlərinə hücum etdi – VİDEO

Ukraynanın Rusiyaya dron hücumları davam edir.

Globalinfo.az xəbər verir ki, səhər saatlarında Bryansk və Kursk vilayətləri istiqamətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları növbəti hücumu təşkil ediblər.

PUA-lar Bryansk və Kursk səmalarında hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Kursk istiqamətində vurulan PUA-nın qalıqları Karl Marks küçəsində yerləşən binaya zərər vurub. Bir neçə mərtəbənin pəncərələri sınıb, xəsarət alan olmayıb.