Ukrayna ordusu əks-hücuma keçdi

Ukrayna ordusu əks-hücuma keçdi
Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində hücuma cəhd ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov bildirib.

O qeyd edib ki, hücum bu gecə kütləvi artilleriya hazırlığından sonra başlayıb. Rusiya motoatıcı və kəşfiyyatçıları müdafiənin birinci xəttində Ukrayna Silahlı Qüvvələrinin zirehli dəstəsini atəşlə qarşılayıblar. Bundan başqa, hücumun dəf edilməsində tanklar və artilleriya da iştirak edir.

Hazırda döyüş qızğın gedir. Düşmənin canlı qüvvəsi və texnika itkiləri var – ən azı iki texnika vurulub – tank və zirehli transportyor”, – Roqov bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının kəşfiyyat apardığını, yarıb keçməyə cəhd etdiyini və ya genişmiqyaslı hücuma keçdiyini söyləmək hələ tezdir.

***

Ukrayna Baxmut istiqamətində böyük əks-hücuma başlayıb.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Vaqner” muzdlu hərbi şirkətin rəhbəri Yevgeni Priqojin deyib.

O bildirib ki, Ukrayna tərəfinin canlı qüvvəsi və silah-sursatı limitsizdir:

“Mərmi çatışmazlığı dəhşətlidir. Ukrayna əks-hücuma başlayıb, canlı qüvvə və mərmi onlarda limitsizdir. Rusiya Müdafiə Nazirliyi isə artilleriya sursatını bizə vermir. Bizdə bir neçə günlük ehtiyat var, indiyədək hərbi məmurlardan heç bir reaksiya yoxdur. Onlar “Vaqner”in suallarına məhəl qoymur”.

O bildirib ki, silah çatışmazlığına görə Ukraynanın hücumu başlayandan gün ərzində 116 vaqnerçi ölüb.