Ukrayna münaqişəsi Avropanı dibə çəkir – Rumen Radev

Ukrayna münaqişəsi Avropanı dibə çəkir – Rumen Radev

Ukrayna münaqişəsi Avropanı dibə çəkir.

Globalinfo.az “BNR” radiostansiyasına istinadla xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.

“O (prezident – red.) qeyd edib ki, Brüsseldə Avropa Şurasının iclasında Ukraynanın yenidən silahlanması barədə çox sözlər deyildi, lakin Avropanı dibə çəkən münaqişənin həlli istiqamətində heç bir şey danışılmadı”, – mənbənin paylaşımında deyilir.

Rumen Radev həmçinin Avropanın Ukraynada silah gücünə sülhə nail olmaq barədə mövqeyi real görünmədiyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az