Rusiyanın Kursk vilayətində Ukraynanın əməliyyatı nümayiş etdirdi ki, rus ordusunun çoxlu sayda həssas nöqtələri var.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə CNN çıxış edib. Televiziyanın saytında yayımlanan məqalədə həmçinin bildirilib ki, Kiyev bu əməliyyatla müttəfiqlərinə müharibənin gedişini dəyişə biləcəyi ilə bağlı mesaj göndərib:
“Ukrayna ordusu onun tərəfdarlarında itirilmiş əraziləri qaytara bilməyəcəyi ilə bağlı yaranmış fikri dəyişir. Kiyevə görə, Kursk əməliyyatı Ukrayna ordusunun daha yaxşı dəstəyə layiq olduğunu göstərir, çünki o, müharibənin gedişini dəyişə bilər”.
Televiziyaya açıqlama verən Avstraliya ordusunun ehtiyatdakı generalı Mik Rayan deyib ki, Kursk əməliyyatı Rusiyanın qələbəsinin qaçılmazlığı ilə bağlı yaranmış rəyi dağıdıb.
Əliyar Xəlil
Globalinfo.az














