Əgər Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindən geri çəkilsə, o zaman 60 minlik rus ordusu sözgedən bölgədən Ukraynaya qarşı genişmiqyaslı hücuma keçəcək.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Nəşr qeyd edib ki, dekabrda 500 Şimali Koreya əsgəri Ukraynanın Kursk vilayətindəki mövqelərinə hücuma başlayıb və sayca ukraynalıları üstələyib.
Döyüş 8 saat davam edib, lakin sonra Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin güllələri bitib və geri çəkilməyə məcbur olub.














