“Kursk vilayətinə hücumdan sonra Ukrayna ilə heç bir danışıq olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev deyib. Onun sözlərinə görə, bu hücuma qədər Rusiyanın danışıqlar tələsinə düşmək təhlükəsi olub:
“İndi hər şey öz yerinə oturub. Heç kim tərəfindən səlahiyyətləndirilməyən vasitəçilər tərəfindən gözəl sülhlə bağlı sərsəmləmələr dayanıb. İndi hamı hər şeyi başa düşür. Başa düşürlər ki, düşmən tam məhv olana qədər danışıqlar olmayacaq”.
Qeyd edək ki, Ukrayna Kursk vilayətinin bir hissəsini ələ keçirib. Kiyevin belə addım atmasına əsas səbəb kimi onun Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək olması göstərilib.
Əliyar Xəlil
Globalinfo.az













