Kanadanın Baş naziri Castin Trüdo Ukraynayla bağlı Londonda keçiriləcək görüşdə iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə hökumət rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Onun bir qədər sonra Londona yola düşəcəyi deyilir, martın 2-də isə görüşdə iştirak edəcək.
Xatırladaq ki, fevralın 25-də Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna münaqişəsinin müzakirələri üçün Londonda görüş keçirməyi təklif edib. Martın 2-də avropalı liderlərin iştirakı ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Aysel Əliyeva
Globalinfo.az














