“Xaricdə yaşayan ukraynalılar kütləvi şəkildə vətəndaşlıqdan imtina edirlər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının məlumatında deyilir.
Bildirilir ki, xaricdə yaşayanlardan Ukrayna vətəndaşlığından çıxmaq üçün daxil olan yüz minlərlə ərizə səfirliklərdə yığılıb qalıb.
“Milli bankın məlumatına görə, təkcə son altı ayda 400 min insan Ukraynanı tərk edib. Son illərdə isə 6,7 milyon insan Ukraynadan çıxıb. Ukrayna vətəndaşlığından çıxmaq üçün yüz minlərlə müraciət var. Almaniyada olan ukraynalılar “boz pasportlar” alırlar, uzun müddət ölkədən kənarda olan və ikili vətəndaşlıq daşıyanlar isə Ukraynadan imtina edirlər.Bizdə əsl demoqrafik fəlakət var”, – deyə məlumatda vurğulanıb.
Müşviq tofiqoğlu
Globalinfo.az














