Ukrayna “Sputnik Azərbaycan“ın əməkdaşlarını qara siyahıya salıb.
Globalinfo.az xəbər verir ki, “Sputnik Azərbaycan“ın redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Sayt Kartavıx və Belousovun müharibə təbliğatı ilə məşğul olduqlarını yazır. Onların adları iyulun 1-də, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan bir gün sonra saytda yer alıb.
Əliyar Xəlil
Globalinfo.az














