Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində ağır döyüşlərə davam edirlər.
Globalinfo.az xəbər verir ki, şəhərin cənub istiqamətində gedən döyüşlərdə daha bir separatçı komandir məhv edilib.
Belə ki, ukraynalılar döyüşlərdə qondarma Luqansk Xalq Respublikasının komandirlərindən olan Artur Boqaçenkonu öldürüblər.
O hələ 2014-cü ildə yaradılmış “Kabus” batalyonunun komandiri olub.
Əliyar Xəlil
Globalinfo.az













