Ukrayna Azərbaycan və Slovakiyaya öz ərazisindən Rusiya qazının nəqli üçün yeni sxem təklif edib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “RBK Ukrayna” öz mənbələrinə istinadən yayıb.
Kiyevin yeni təklifinə əsasən, Azərbaycandan ixrac ediləcək qaz əvvəlcə Ukraynadakı yeraltı qaz anbarlarında saxlanacaq, sonra isə Slovakiya və digər ölkələrə tədarük ediləcək.
Sayt yazır ki, Kiyevin bu təklifi sayəsində Ukrayna qazı tranzit edən yox, reeksport edən olacaq. Bu təklifin Azərbaycan və Slovakiyaya bir neçə ay əvvəl göndərildiyi bildirilib.
Təklifə əsasən, Azərbaycan qazı Ukraynadakı anbarlara yükləyə, daha sonra Avropa Birliyi bazarlarındakı tələbat və konyukturadan asılı olaraq birjada və ya kontrakt əsasında sata bilər.
Hələlik nə Bakı, nə də Bratislavadan Kiyevdən göndərilən ideyaya cavab verilmədiyi bildirilib.
İddia edilir ki, Ukrayna belə tədarükü təhlükəsiz həyata keçirməsi üçün hər iki ölkənin Rusiya ilə razılıq əldə etməsini istəyib.
Əliyar Xəlil
Globalinfo.az















