
Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya prezidenti Uitkoffu dinlədi. Onun vasitəsilə ABŞ Prezidenti Donald Trampa məlumat və əlavə siqnallar ötürdü”, – deyə sözçü bildirib.
Peskov həmçinin qeyd edib ki, Putinlə Tramp arasında danışıqların vaxtı Uitkoffun ABŞ prezidentinə məruzəsindən sonra müəyyənləşəcək.
Günay Rəsulqızı
Globalinfo.az