j 0

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və orada keçirilən Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli görüşü mühüm tarixi hadisədir”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında deputat Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfərə getməsini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanın Xəzəryanı ölkələrlə münasibətləri çox dərindir:

“Türkmənistan qardaş ölkədir və onunla münasibətlərin inkişaf etdirilməsinə ehtiyac var. Xatırlayırsınızsa, bir müddət əvvəl Türkmənistanın milli lideri, “Arxadağ” Qurbanqulu Berdiməhəmmədov ölkəmizə, o cümlədən işğaldan azad edilən Şuşa şəhərinə səfər etmişdi. Bu gün isə cənab Prezident İlham Əliyev Türkmənistandadır.

Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin inkişafı baxımından bu üçtərəfli görüş xüsusi əhəmiyyət daşıyır. Bildiyimiz kimi, Azərbaycanın Özbəkistan və Qazaxıstanla, eləcə də Azərbaycan–Türkiyə–Özbəkistan arasında üçtərəfli siyasi-diplomatik formatlar mövcuddur. Bu gün isə biz yeni bir əməkdaşlıq formatının – Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli platformasının şahidiyik.

1600671655 hikmet12

Hikmət Babaoğlu

Burada vacib məqam ondan ibarətdir ki, Özbəkistanın Xəzər dənizinə birbaşa çıxışı yoxdur. Buna görə də Özbəkistan ya Türkmənistan, ya da Qazaxıstan vasitəsilə əlaqələr qurur. Bu baxımdan Özbəkistan Prezidentinin görüşdə iştirakı xüsusi əhəmiyyət daşıyır.

Özbəkistan iqtisadi və enerji resursları baxımından regionda mühüm yer tutur. Hesab edirəm ki, bu üçtərəfli görüş həm türk dövlətləri arasında daxili inteqrasiyanı gücləndirəcək, həm də Mərkəzi Asiya ölkələri arasında mədəni bağların inkişafına töhfə verəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: