TUSAŞ-da terror: girovlar azad edildi, PKK terrorçuları zərərsizləşdirildi – FOTO

TUSAŞ-da terror: girovlar azad edildi, PKK terrorçuları zərərsizləşdirildi - FOTO

TUSAŞ-da 11 girov xilas edilib.

Bildirilir ki, bütün terrorçular zərərsizləşdirilib.

Qeyd edək ki, terror hücumunu PKK üzvləri həyata keçirib.

“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik və edilənlərin acısını ikiqat artıracağıq, bunu hamı görəcək.”, – bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

***19:20

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İlkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.

Terrorçuların insanları girov götürdüyü bildirilir.

Polis ərazini mühasirəyə alıb.

TUSAŞ-da terror: girovlar azad edildi, PKK terrorçuları zərərsizləşdirildi - FOTO

Globalinfo.az