Qazaxıstanda Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstan hərbçilərinin birgə təlimi başlayıb.
Globalinfo.az xəbər verir ki, məlumatı Qazaxıstan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, “Birləşdik 2024” adlanan təlim iyulun 17-nə qədər davam edəcək. Təlimdə əsasən, hərbi konfliktin lokallaşdırılması ilə bağlı birgə təlimlər icra olunur.
Ümumilikdə təlimə 4 min hərbçinin, eləcə də 700 hərbi texnikanın cəlb edildiyi vurğulanıb.
Əliyar Xəlil
Globalinfo.az













