
Türkiyənin İzmir şəhərinin Aliağa və Menderes bölgələrində meşə yanğınları başlayıb.
Globalinfo.az xəbər verir ki, yanğın nöqtələrinə 6 helikopter, 4 təyyarə, 4 su təchizatı maşını və 5 buldozer cəlb olunub.
Aliağa bölgəsində vətəndaşların quru və dəniz yolu ilə təxliyə edildiyi açıqlanıb.
Həmçinin Muğla vilayətinin Ortaca bölgəsində də səhər saatlarında meşə yanğınlarının başladığı bildirilib. Əraziyə 9 helikopter, 6 təyyarə,2 buldozer və 207 canlı qüvvə cəlb edilib. Günorta saatlarında yanğın nəzarət altına alınıb.
Ayşən Mustafa
Globalinfo.az














