Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrailin müdaxiləsinə məruz qalıb.
Globalinfo.az xəbər verir ki, hadisə beynəlxalq sularda baş verib.
Donanmadakı türk fəallar CNN Türk-ə açıqlamalarında vəziyyətin gərgin olduğunu açıqlayıblar.
Gəmidəki şəxslər hazırda çox riskli bölgədə olduqlarını və hər an İsrailin hücumunun baş verə biləcəyini qeyd ediblər:
“Hazırda yüksək hazırlıq vəziyyətindəyik, qarşımızda 12 İsrail gəmisi var. Onlar bizi əngəlləmək üçün bütün gücü ilə yaxınlaşır. Bu gecə mütləq hərbi müdaxilə gözləyirik”.
Artıq 11 türkün təxliyə edildiyi bildirilir.
Gazze’deki İsrail ablukasını kırmak amacıyla hareket eden Küresel Sumud Filosu’nun “120 deniz mili sınırına yaklaştığı” açıklandı
“Kimliği belirsiz” gemilerin filodaki bazı teknelere yaklaştığı ve “bazılarının ışıklarını kapattığı” belirtildihttps://t.co/uzU3WR7Z0x pic.twitter.com/V3EvYhGH2f
— Anadolu Ajansı (@anadoluajansi) October 1, 2025
Tahir Turan
Globalinfo.az














