Türkiyədən İrana uçuşlar təxirə salındı

Türkiyədən İrana uçuşlar təxirə salındı

“Türk Hava Yolları” (THY) aviaşirkəti avqustun 3-ü səhər saatlarına qədər İranın müxtəlif şəhərlərinə  planlaşdırılan bütün uçuşları təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə aviaşirkətdən açıqlama verilib.

Şirkət səfərlərin İsrail ilə İran arasındakı gərginlik səbəbindən müvəqqəti dayandırıldığını bildirib. THY tərəfindən İranın müxtəlif şəhərlərinə nəzərdə tutulan uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçirilməsi gözlənilir.