Türkiyədə film kimi olay: Siqaret çəkmək üçün “təyyarədə bomba var” dedilər

Türkiyədə İstanbuldan Batmana uçan “Anadolujet” təyyarəsində qəribə anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, iki sərnişinin “bomba var” iddiasına görə təyyarə 10 saat gecə havaya qalxmalı olub.

İddialara görə, Anadolujetin 07:35-də Batmana yola düşməli olan TK-7370 nömrəli təyyarəsi uzun müddət havaya qalxmadığı üçün iki sərnişin siqaret çəkmək istəyib. Onlar bunun üçün aralarında “təyyarədə bomba var” kimi söhbətlər ediblər. Başqa bir sərnişin bu müzakirəni eşidib və səlahiyyətli şəxslərə məlumat verib.

Onun məlumatıbndan sonra hər kəs aşağı endirilib və təyyarədə yoxlanış həyata keçirilməyə başlanılıb. Lakin daha sonra iddianın əsassız olduğu ortaya çıxıb və həmin şəxslər polisə təhvil verilib. Təyyarə 10 saat sonra Batmana yola düşə bilib.

Əliyar Xəlil
Globalinfo.az