Türkiyədə serial çəkilişində dəhşətli qəza – FOTOLAR

Məşhur türkiyəli aktyor Sinan Taymin Albayrak rol aldığı “Mehmet Fetihlər sultanı” serialının çəkiliş meydançasında qəza keçirib.

Globalinfo.az bildirir ki, at üzərində çəkiləcək səhnədə bədbəxt hadisə baş verib. Aktyor mindiyi atla birlikdə ağaca çırpılıb və ağır yaralanaraq huşunu itirib.

Sinan Taymin Albayraka ilk tibbi yardım çəkiliş meydançasında edilib və daha sonra huşsuz halda xəstəxanaya çatdırılıb.