Türkiyədə seçki tədbirində silahlı hücum: Yaralı var – VİDEO

Türkiyədə AKP-nin seçki ilə bağlı tədbirində silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.

Nazir bildirib ki, İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.

Hücum zamanı 22 yaşlı bir qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.